"Tatlısəs Nisə Qasımovaya Türkiyədə qalmağı təklif etdi" - Video

"Tatlısəs Nisə Qasımovaya Türkiyədə qalmağı təklif etdi" - Video
1416 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım etirafı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, "Afaqla onlar" verilişinə açıqlama verən Kövsər türkiyəli müğənni İbrahim Tatlısəsin N.Qasımovaya evlilik təklifi etdiyini deyib:

"Sovet dövründə Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə görüşmüşdülər. Nisə bacım da onunla bir səhnəni bölüşməyə çağrılmışdı. İbrahim Nisə bacımın ayaqlarının altında oturub ona təriflər söylədi. Ona Türkiyədə qalmağı məsləhət gördü. Amma bacım ona "baxarıq" demişdi.

Bacım Nisə sonra mənə və anamıza gəlib dedi ki, İbrahim söyləyib Türkiyədə qal. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də bir şey. Nisə Qasımova heç zaman Vətənimi satmaz. Deyir ki, mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”.