Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aybüke Pusat boykot çağırışları ilə bağlı paylaşımına görə "TRT 1"də yayımlanan “Teşkilat” serialıdan uzaqlaşdırılıb.
Axşam.az-ın məlumatına görə, aktrisaya dəstək olmaq üçün “Yanındayam, gülüm” deyə, paylaşım edən sevgilisi, həmkarı Furkan Andıç da eyni aqibətlə üzləşib.
Aktyor “TRT Tabii”in “Muhabir” serialından qovulub.
Qeyd edək ki, Aybükeyə dəstək olan dostu, aktyor Boran Kuzum "TRT tabii" platformasında yayımlanan "Bir ruh macərası" serialından kənarlaşdırılıb.
