"Qız üçün ən gözəl cehiz budur"

"Qız üçün ən gözəl cehiz budur"
4847 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aytən Səfərova valideynlərə çağırış edib.

Axşam.az xəbər verir ki, o, "Xəbər ertəsi" verilişində qızlar üçün ən yaxşı cehizin təhsil olduğunu vurğulayıb:

"Qızınızı oxutdurun, onun üçün ən gözəl cehiz budur, savadlı olmağı, nisbətən yaşa dolduqca beyninin açılması və sonra da özünün götür-qoy etmək qabiliyyətidir. Ərə gedəndə baxırıq ki, maşallah, xonçalar gəlir, vəssəlam. Amma sonra deyir ki, gərək diplomumu alardım, haradasa işləyərdim, bu gün mənə kim sosial yardım verəcək deyə düşünməzdim".