Xəbər verdiyimiz kimi, aparıcı Aytəkin Mərdanova oğlu Fəridin ADA Universitetinə (Azərbaycan Diplomatik Akademiyası) imtahan verdiyini, amma balların saxtalaşdırıldığı üçün qəbul olmadığını deyib.
Axşam.az-ın məlumatına görə, aparıcının övladı daha sonra Macarıstanın ən nüfuzlu universitetlərindən olan Korvinus Universitetinin "Data science in business" fakültəsinə daxil olub.
Bu gün isə Aytəkin gözlənilməz halla qarşılaşdıqlarını deyib. O bildirib ki, oğlu ADA Universitetinə qəbul olması haqda mesaj alıb. Həmin mesajı yayımlayan aparıcı bunları bildirib:
"Bu gün oğlum Fərid üçün ADA-dan da qəbul cavabı gəldi. Amma biz artıq seçimimizi etmişik. Tezliklə Macarıstanın Korvinus Universitetində dərslər başlayır. Fərid böyük həvəslə orada tələbəlik həyatına hazırlaşır. Oğlum da daxil bütün tələbələrə uğurlar arzulayıram".
