Müğənni Sevda Yahyayeva və həkim həyat yoldaşı Zakir Bayramov bu dəfə Portuqaliyaya istirahətə yollanıblar.
Axşam.az xəbər verir ki, Mərakeşdə dincələn cütlük oradan Lisabon şəhərinə gedib.
Sevda şəhər gəzintisindən görüntüləri izləyiciləri ilə bölüşüb. O, görüntülərinə "Gəldim, sevdim, xatirəyə çevirdim" qısa şərhini yazıb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün 2 qız övladı var.