Rəqqasə Fatimə Fətəliyeva istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, sənətçi qızı Aydan və oğlu Hüseynlə Tailanda gedib.
Onlar Phuket adasında dincəlirlər. Fatimə gəzintidən görüntüləri izləyiciləri ilə bölüşüb.
O, paylaşımına "Həyat mənə nə yaşadarsa yaşatsın, qarşıma nə qədər pis insan çıxarsa çıxsın, nə qədər canım ağrıyarsa ağrısın, bu üç şeydən əsla vaz keçməyəcəyəm: özüm olmaqdan, yaxşı olmaqdan və nəfəs aldığım hər saniyə üçün xoşbəxt olmağa çalışmaqdan" sözlərini yazıb.