İordaniya kralı II Abdullahın xanımı, VI İordaniya kraliçası Raniyə əl-Abdullah Hindistana səfər edib.
Axşam.az xəbər verir ki, səfər əsnasında o, ölkənin ən varlı adamı Mukeş Ambani və ailəsini Mumbaydakı iqamətgahında ziyarət edib.
Görüşdə M.Ambaninin həyat yoldaşı Nita Ambani, qızları İşa Ambani və əri Anand Piramal, gəlinləri Şloka və Radhika da yer alıb.