Tolikin verilişi yayımlansa da, "Elgizlə izlə" efirə getmədi

Tolikin verilişi yayımlansa da, "Elgizlə izlə" efirə getmədi
2589 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" və Tarix Əliyevin "Tarixin bir günü" proqramının yayımı dayandırılıb. 

Axşam.az-ın məlumatına görə, bu gün səhər saatlarında Tolikin verilişi canlı olmasa da efirə gedib. 

Elgizin isə ARB TV-də saat 14:45-də başlayan proqramı yayımlanmayıb. Onun əvəzində efirə "Sən demə" adlı proqram verilib. 

Qeyd edək ki, bir neçə gündür sənət adamları bayağı müğənnilərin qonaq edildiyi proqramları tənqid edirlər.