Norveçli Tom M.Engelbrext "Metallica" qrupunun simvolikasını əks etdirən 72 döymə etdirərək dünya rekordunu qırıb.
Axşam.az xəbər verir ki, bu barədə "Guinness Rekordlar Kitabı"nın rəsmi saytında məlumat verilib.
Tom ilk dəfə 2023-cü ildə rekorda düşmüşdü. O, kişilər arasında eyni qrupa həsr olunmuş 43 döymə etdirən ilk şəxs olmuşdu. O döymələrə 24,1 min ABŞ dolları xərcləyib.
Hal-hazırda Engelbrextin 72 döyməsi var. Onların arasında qrup üzvlərinin portretləri, həmçinin onların mahnılarına istinad edən təsvirlər var. Döymələr onun əllərində, bədənində, ayaqlarında və dabanlarında yerləşir.
Tom bildirib ki, "Metallica"ya olan hörmətini məhz bu şəkildə ifadə etməyə hazır olub.