Ulduzlar məşhur gecədə bir araya gəldilər - Fotolar

Ulduzlar məşhur gecədə bir araya gəldilər - Fotolar
1324 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadın Xərçəng Araşdırmaları Fondunun dəstəyi ilə təşkil edilən "Unudulmaz bir axşam" qalası bu yaxınlarda Los-Ancelesdə keçirilib.

Axşam.az xəbər verir ki, xeyriyyə tədbirində ulduzlar yer alıblar. Gecəyə Cennifer Lopez, Kris Cenner, Sofia Vergara, Kerri Uaşinqton, Amber Valletta, Rhi Sihorn, Karmen Elektra, Demi Lovato, Yacob Elordinin sevgilisi Olivia Jade və başqaları qatılıblar.

Gecənin fəxri qonağı Kerri Uaşinqtona "Cəsarət Üçün" mükafatını şəxsən təqdim edən 56 yaşlı Cennifer Lopez tədbir üçün dar yaxalı qara don seçib. O, kombinini klassik pencək və brilyant aksessuarlarla tamamlayıb.