Xatun qardaşının əkizləri və nəvəsi ilə - Fotosessiya

Xatun qardaşının əkizləri və nəvəsi ilə - Fotosessiya
2139 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatun Əliyeva İlaxır çərşənbədə yeni fotosessiyasını təqdim edib.

Axşam.az xəbər verir ki, o, mərhum qardaşı Balaşın əkizləri Zəhra, Firəngiz və nəvəsi Adellə milli geyimdə obyektiv qarşısına keçib. Video və fotoları sosial şəbəkədə izləyiciləri ilə bölüşən sənətçi paylaşımına bunları yazıb:

"Novruz bayramı elimizin ən qədim adət-ənənələrindən biridir. Bu bayram sadəcə bir gün deyil, nəsildən-nəslə ötürülən böyük bir mədəni irsdir. Nənələrimizdən, babalarımızdan bizə öyrədilən bu gözəl adətləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Gəlin milli dəyərlərimizi yaşadaq, Novruzun gözəlliklərini balalarımıza, nəvələrimizə də öyrədək. Çünki bu ənənələr bizim kimliyimiz, tariximiz və ruhumuzdur. Bayramınız mübarək".

Qeyd edək ki, Balaş beyin xərçəngindən vəfat edib.