Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilir.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, aktyor ötən gün 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.
Foto: İlqam Cəbiyev