"Hər görüşəndə "Sizin pərəstişkarınızam" deyirdi" - Video+Fotolar

"Hər görüşəndə "Sizin pərəstişkarınızam" deyirdi" - Video+Fotolar
7142 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova mərhum Xalq artisti Rasim Balayevlə arxiv görüntülərini paylaşıb. 

Axşam.az xəbər verir ki, müğənni məclislərdə çəkilən foto və videolarını bölüşüb. 

L.Məmmədova paylaşımına "Hər görüşəndə "Sizin pərəstişkarınızam" deyib, məni utandırardı. Məkanınız cənnət olsun, böyük sənətkar. Sizinlə bir dövrdə yaşamaq şansını bizə verdiyi üçün tanrıya minnətdaram" sözlərini yazıb. 

Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.