“Sevgi, ayrılıq…” - Camilla “Alev”lə gündəmdə

“Sevgi, ayrılıq…” - Camilla “Alev”lə gündəmdə
1165 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Camilla Əhməd dinləyicilərinə yeni musiqi işi təqdim edib.

Axşam.az xəbər verir ki, ifaçının “Alev” adlı mahnısı və ona çəkilən klip artıq yayımlanıb. Bəstənin müəllifi Loğman Əhmədovdur.

Ayrılıq və sevgi mövzusunu ön plana çıxaran ekran işində Camilla fərqli obrazlarda kamera qarşısına keçərək emosional performansı ilə diqqət çəkib. Klipdə həm vizual estetika, həm də hisslərin dərinliyi izləyiciyə ötürülməyə çalışılıb.

Qeyd edək ki, Camilla bundan əvvəl də dəfələrlə “Sənsizlik”, “Darıxıram”, “Boş yerə”, “Neynirəm” kimi klipləriylə gündəmə gəlmişdi.