Amerikalı aktrisa Enn Heteuey "Dünyanın ən gözəl qadını" seçilib.
Axşam.az xəbər verir ki, "People" jurnalı 43 yaşlı aktrisanı dünyanın ən gözəl insanlarının illik siyahısında birinci yerə çıxarıb.
Nəşr yeni sayının üz qabığında elə məhz Ennə yer verib.
Qeyd edək ki, ötən il bu statusa 63 yaşlı aktrisa Demi Mur layiq görülmüşdü.