Dünya şöhrətli müğənni Pol Makkartni öz rekordunu yeniləyib.
Axşam.az xəbər verir ki, bu barədə "Official Charts Company" məlumat yayıb.
Böyük Britaniyada musiqi hit-paradlarını tərtib edən şirkətin açıqlamasına görə, “The Boys of Dungeon Lane” adlı yeni albom Pol Makkartninin Britaniya çartlarında birinci pilləyə yüksələn 24-cü albomu olub. Bununla da musiqiçi ən çox albomu hit-paradlarda zirvəyə çatan ifaçı kimi yeni rekorda imza atıb.
14 mahnıdan ibarət olan albom 2021–2025-ci illərdə yazılmış bəstələri əhatə edir və sənətçinin son beş ildə yayımlanan ilk solo işi hesab olunur. Albom mayın 29-da satışa çıxarılıb və əsas striminq platformalarında yayımlanır.