Zamiqdən haqqında danışan həmkarlarına cavab

Zamiqdən haqqında danışan həmkarlarına cavab
176 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov haqqında səsləndirilən tənqidlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Pərvizə görə" verilişində danışıb. O, illərdir keyfiyyətli mahnılar təqdim etdiyini vurğulayaraq insanların daha çox mənfi məqamlara diqqət ayırdığını deyib:

"Təəssüf ki, yaxşılıqdan, gözəl anlardan bəhs edilmir. Bir balaca pis məqam olan kimi hamı ona vurur, onu tənqid edir. Mən illərdir yaxşı mahnılar oxuyuram. Bəylərin deyə bilmədiklərini musiqi dili ilə çatdırıram. Bəzən mənim mahnılarımla sevgi etiraf edirlər. Xəbərləri yoxdur, Zamiq onların yanındadır. Zamiqi olduğu kimi qəbul edin, belə sevin".

İfaçı son vaxtlar bəzi həmkarlarının da onun haqqında mənfi fikirlər səsləndirdiyini bildirib:

"Bu yaxınlarda oldu, bir neçə dost bildiyim insan çıxıb haqqımda danışdı. Girirlər, arxamdan şərh yazırlar... Baxıram, deyirəm ki, burada qalmaq çox çətindir".

Qeyd edək ki, müğənni Elnur Məmmədov "Afaqla 10lar" verilişində "Zamiqin indiki oxuduğu səs onun öz səsi deyil. Əvvəl oxuduğu səsi indi oxuduğundan daha təbii idi" sözlərini demişdi.