Xəstəliyinə görə "Maska"da yaşadığı çətinlikdən danışdı

Xəstəliyinə görə "Maska"da yaşadığı çətinlikdən danışdı
365 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emma Ələkbərzadə "Maska" şousunda yaşadığı çətinlikdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Ötən günlər" verilişində bəhs edib. O bildirib ki, allergik rinitdən əziyyət çəkdiyi üçün maska altında qalmaq ona asan olmayıb:

"Boğazımı rezinlə dartmışdılar. Allergik rinitdən əziyyət çəkirəm. Nəfəs ala bilmirəm. Tez-tez burnuma dərman tökülməlidir. Deyirdim burnuma dərman tökün, deyirdilər, necə? Axırda deşik açmışdım, dərmanı oradan tökürdüm".

E.Ələkbərzadə oğlu Davidin onun şouya qatılmasına münasibətini danışıb:

"Son gün çıxış edəndə David Sevdaya (Əməkdar artist Sevda Ələkbərzadə - red.) dedi ki, xala, Emmadı. Mən də deyirəm, yox mən yoxam. Axırda maska açılanda dedi ki, deyirdim, Emmadı".

Qeyd edək ki, E.Ələkbərzadə şouda Vəzir obrazını yaratmışdı. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Axşam.az (@axsamaz)