Ariana Qrande sevgilisindən ayrıldı

Ariana Qrande sevgilisindən ayrıldı
85 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Ariana Qrande üç illik münasibətdən sonra sevgilisi İtan Slaterdən ayrılıb.

Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilir ki, Qrande və Slater münasibətlərinə bir neçə ay əvvəl son qoymaq qərarına gəlib. Buna baxmayaraq, keçmiş cütlük dost kimi münasibətlərini davam etdirir.

Qeyd edək ki, onların münasibətdə olduğu barədə ilk məlumat 2023-cü ilin iyulunda yayılmışdı. Həmin vaxt Ariana Qrande həyat yoldaşı Dalton Qomez ilə, İtan Slater isə həyat yoldaşı Lilli Ceydən ilə ayrılmışdı.