Dünyanın gözlədiyi serialdan yeni treyler - video

Dünyanın gözlədiyi serialdan yeni treyler - video
2662 dəfə oxunub
  • A-
  • A
  • A+

"Game of Thrones" ("Taxt oyunları") serialının yeni mövsümünün ilk treyleri yayımlanıb.

Axşam.az-ın məlumatına görə, keçən mövsümün sonunda serialın qəhrəman Con Snounun öldürülmə səhnəsi bütün dünyadakı fanatlar arasında müzakirə başlatmışdı. Amma serialın yeni fraqmanında Con Snounun görülməsi izləyiciləri sevindirib.

Qəribədir ki, videoda ilk mövsümdə öldürülən Ned Stark obrazının aid keçmiş səhnələrdən də biri göstərilib. Ehtimallara görə, yeni mövsümdə keçmişə qayıdışlar, xatırlatmalar olacaq.