Muradla Dilarə klip çəkdirdi: "Yalnız səni gözlədim"

Muradla Dilarə klip çəkdirdi: "Yalnız səni gözlədim"
996 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Murad Arif Dilarə Kazımova ilə duet şəklində oxuduğu "Yalnız səni gözlədim" adlı mahnısını və klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi M.Arifin özünə məxsusdur. 

Yeni işindən söz açan Murad ekran işində sevgililər arasında yaşanan problemlərin əks olunduğunu bildirib:

"Klipin süjet xətti bəsitdir. Sevdiyinə zəng edib cavab ala bilməyən, bəzən də sevdiyinin zənglərinə cavab verməyən 2 darıxan insanı əks etdirdik. Bir sözlə, zaman-zaman hər birinizin başına gələn adi halları təsvir etmək istədik. Dünya şou-biznesində ikili ekranda sujet göstərən kliplər çoxdur. Məsələn, məşhur "We dont talk anymore" klipi də bu üslubdadır. Biz də eyni üslubda çəkiliş etdik.
 
Bu işimizi 14 Fevral - Sevgililər gününə həsr edirik. Klipimizin sonunda hər kəs öz "gözlədiyinə" qovuşur. Hər kəsə "Gözləmək" bacarığı və "Qovuşmaq" sevinci arzulayıram".