Müğənni Natavan Həbibi “Qısqana-qısqana” adlı yeni klipinin kadrarxasından bir hissə yayımlayıb.
Axşam.az xəbər verir ki, sənətçi çəkiliş zamanı yanğın baş verdiyini vurğulayıb:
“Biz burda buz kimi suyun içində donub çəkiliş edəndə, bir nəfər o tərəfdə samovar çayı hazırlayırdı ki, xəstələnməyim. Sağ olsun. Camaatın bağını az qala yandırmışdıq. “İncəsənət qurban tələb edir” deyəndə, yəqin bunu nəzərdə tutublar”.