Namiq iki sevən gənci birləşdirdi - Video

Namiq iki sevən gənci birləşdirdi -  Video
2818 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu iki sevən gəncin birləşməsinə vasitəçi olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bunun üçün İstanbula gedib. Bu barədə İnstaqramında paylaşım edən Namiq bunları yazıb:

“Milliyyətcə uyğur olan qız və oğlan bir-birilərinə bəslədikləri sevgilərinə rəğmən zaman-zaman küsüb barışırlar. Qızın son küsülülüyü ayrılığa səbəb olur. O, ailəsiylə birlikdə İstanbula köçub, orada yaşayır. Xeyli müddət keçsə də, oğlan qızın könlünü almağın yolunu tapa bilmir.

Nəhayət, qərara gəlir ki, qızın sevərək dinlədiyi mahnıların ifaçılarının yardımından istifadə etsin. Qızı qohumları İstanbulda bir restorana yeməyə aparır. Yemək zamanı səhnəyə Talıb Tale çıxır. Sonra monitorda oğlanın qız üçün çəkildiyi klip nümayiş olunan zaman oğlan əlində gül və üzüklə zala daxil olur. Qız təkidlə zalı tərk etmək istəsə də, qohumları qarşısını almağa səy göstərir və bu zaman səhnəyə mən – Namiq Qaraçuxurlu çıxır. Ardıyca baş verənləri videoda görürsünüz. Sizə marağlı olsa, davamını da paylaşaram”.