Xəyalə təhlükəyə düşdü: “Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox”

Xəyalə təhlükəyə düşdü:  “Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox”
1699 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün “Taksi Liza” filminin təqdimatı baş tutub.

Ekran işində baş rolu oynayan aktrisa Xəyalə Quliyeva Axşam.az-a açıqlama verərək filmdə təhlükləli səhnələrdə oynadığını deyib:

“Filmimizdə Fərdanın sevgilisini canlandırıram. Təhlükəli məqamlar var idi. Hansı ki, kaskadyorlar orada Fərdanı əvəz etdi, amma məni yox. Maşınlar sürətlə gedirdi, tinlərdə iki təkər üstdə qalxırdı, içində isə özüm var idim”.

Qeyd edək ki, “Taksi Liza” filmi ötən ilin yaz aylarında çəkilib. Çəkiliş bir aya tamamlanıb.