Yayda həşərat dişləməsinə və günvurmaya qarşı bunları edin

Yayda həşərat dişləməsinə və günvurmaya qarşı bunları edin
2259 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay aylarında daha açıq geyinildiyi və həşəratların çox olduğu üçün allergiya daha da qabarır. Bunun səbəbi həm həşərat dişləməsi, həm də müxtəlif bitkilər ola bilər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yayada günvurma və həşərat dişləməsindən əziyyət çəksəniz, bunları edə bilərsiniz:

· Həşəratın sancdığı yeri sirkə ilə ovuşdurun.
· Sirkə ilə gül yağını qatıb, günvurma zamanı alını və gicgahları masaj edin.
· Arı sancan yerə yumurta ağı çəkib, üstünə kəklikotu və ya üzüm yarpağından təpitmə qoyun.
· Zəfərana nişasta qatıb, həşərat sancan yerə sürtün.
· Ağcaqanad və ya başqa həşəratların dişlədiyi yerə soğan sütrməklə qaşınmanın qarşısını almaq mümkündür.
· Qoz yarpağını bədənin açıq yerlərinə sürtsəniz sizi heç nə sancmaz.
· Əqrəb sancan zaman qaba süd töküb, həmin yeri südə qoyun. Əgər süd saralarsa demək, zəhər çıxıb.