Patrisiya Kaas Bakıda - fotolar

Patrisiya Kaas Bakıda -  fotolar
2179 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Patrisiya Kaas dünən Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı bu gün media nümayəndələri ilə görüşüb. Jurnalistlərin suallarını cavablandıran Patrisiya Bakıya heyran olduğunu deyib:

"Bakı çox inkişaf edib. Şəhər gözəlləşib. Bura Parisə bənzəyir".

Kaas "Burada klip çəkdirərsinizmi" sualına isə "Bunun üçün mənə təklif gəlməlidir. Əgər belə bir istək olsa etiraz etmərəm" deyə cavab verib. 

Sənətçi müğənnilikdən kənar məşğuliyyətindən də danışıb:

"Boş vaxtlarımı evdə keçirirəm. Əlavə bir işlə məşğul deyiləm. Yalnız müğənnilik edirəm. Bir də dizaynerliyi bacarıram. Hətta evimin dizaynı da özümə aiddir".

Qeyd edək ki, Fransanın məşhur müğənnisi sabah "Baku events"in təşkilatçılığı ilə Heydər Əliyev Sarayında konsert verəcək.  

Foto: Rəşad ABBASOV