Rusiyanın "buro247.ru" saytı Bakı haqqında məqalə hazırlayıb.
Axşam.az-ın məlumatına görə, "Bakıda istirahət gününü necə keçirməli?" başlıqlı yazıda Azərbaycan xalqının qonaqpərvərliyindən, şəhərin gözəlliyindən bəhs edilib. Məqalədən bəzi hissələri təqdim edirik:
"Yollar Dubayı xatırladır. İsti dözülməz görünür. Amma külək sərinlik verir. Şəhərdə yeniliklər edilsə də Qədim şəhər öz ab-havasını qoruyub saxlayıb. Dənizə yaxın olan ən qədim tikili Qız qalasıdır. Dənizkənarı bulvarın köhnə hissəsini gündüz vaxtı gəzmək lazımdır. Yeni bulvar gəzintisini isə axşama saxlayın. Burada ağaclar azdır, amma çoxlu tarixi məkanlar var. Onlardan biri də Bayraq meydanıdır. Dünyanın ikinci ən böyük bayrağı məhz buradadır. Göy qurşağının bütün rənglərini özündə toplayan işıqlarla əhatə olunmuş "Crystal Hall"da burada yerləşir. Qədim şəhərdə kababbişirənlərə, xalça satanlara rast gələcəksiniz".
Harda yemək yeməli:
"Bakıda yeməklə bağlı heç bir problemlə rastlaşmayacaqsınız. Milli xörəklərə üstünlük verin: Naxçıvan pendiri, qutabı, lavaşdan hazırlanan rulet, manqalda bişmiş tərəvəzlər, narşərablı balıq, plov və Bakı xiyarı".
Hara getməli:
"Şirvanşahlar Sarayı - Müasir təmiri ilə diqqət çəkən orta əsrlərə aid muzey Bakının tarixini əks etdirir.
Heydər Əliyev Mərkəzi - Möhtəşəm məkan. Sözlə təsəvvür etmək mümkün deyil. Azərbaycan musiqisinə həsr olunmuş memarlıq nümunəsi.
Azərbaycan Xalça Muzeyi - Bulvarda yerləşən gözəl məkanlardan biridir. Bükülmüş xalça formasında olan tikilinin içərisində bahalı xalçalar var.
Abşeron çimərlikləri - Bakının dəhşətli istilərindən dəniz kənarında xilas olmaq mümkündür. Gözəl çimərlikləri şəhərin mərkəzindən 30 dəqiqəlik yol ayırır. Xəzərin suyu duzlu və sərindir. Hər yerdə isə soyuq qarpız və limonad verilir.