Kəmalə ilə İslamın "Qaçhaqaç"ı dayandı - foto

Kəmalə ilə İslamın "Qaçhaqaç"ı dayandı -  foto
3093 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan, aparıcılığını Kəmalə Piriyeva ilə İslam Mehrəliyevin etdiyi “Qaçhaqaç” verilişinin yayımı dayanıb.

Axşam.az-a açıqlama verən İ.Mehrəliyev yeni layihə ilə efirə qayıdacaqlarını bildirib:

“Verilişin dayandırılması rəhbərliyin qərarı idi. Amma Kəmalə ilə yeni layihə düşünürük. Tez-tez görüşür, müzakirə aparırıq. Mənə çox təkliflər gəlir. Eefirdə Kəmalə ilə daha çox görünmüşəm, birlikdə işimiz maraqlı alınır. Ona görə də tək çıxmaq istəmirəm”.

İ.Mehrəliyev rol aldığı “Oğlan evi” filmindən də danışıb:

“İlk filmim idi. İlham Qasımovun bu ekran işi çox gözəl alındı. Fəxr edirəm ki, belə bir filmdə rol aldım. İndi çox film təklifi gəlir. Amma ssenariyə baxıram, ürəyimcə olmur. Qorxuram razılıq verməyə. Bilirəm ki, o filmlərdə oynasam, qınaq obyektinə çevriləcəyəm. Necə izah edəcəyəm ki, pula ehtiyacım var idi, oynadım”.

Foto: Ramin ASLANOV