Əməkdar artistlərin “toqquşması” - Video

Əməkdar artistlərin “toqquşması” - Video
5536 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər bir neçə ifaçımız yeni mahnıları ilə izləyicilərini sevindirib.

Axşam.az xəbər verir ki, Əməkdar artist Tünzalə Ağayeva “Kaş Bakıda olaydım” adlı mahnısı ilə sevənlərinin qarşısına çıxıb. “Youtube”da yayımlanan mahnının sözləri MirBəhruz Abbaszadəyə, musiqisi isə sənətçinin özünə məxsusdur.

Digər yeni bir iş isə Əməkdar artist Miri Yusifə məxsusdur. Onun “Şənbə” adlı mahnısının sözləri Fariz Bərdəli və özünə məxsusdur. Bu mahnının da musiqisini Miri özü yazıb.

İfaçı Sevinc Musayeva bəstəkar Sevinc Tofiqqızının “Azərbaycan Türkiyə”  adlı bəstəsini səsləndirib. Vətənpərvər mövzuda olan mahnının sözlərini isə Almaz Əhmədova yazıb.

Əməkdar artist Röya Ayxan isə “Kimin belə sevgilisi var?” adlı mahnısını rəsmi “Youtube” kanalında paylaşıb. Mahnı kanalda dörd gün ərzində yarımmilyona yaxın dinlənilib. Qeyd edək ki, mahnının müəllifi Ramal İsrafilovdur.