Zülfiyyənin klipində Beyons tərzi - Fotolar + Video

Zülfiyyənin klipində Beyons tərzi - Fotolar + Video
4434 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zülfiyyə Xanbabayeva doğum günündə yeni klipini izləyicilərə təqdim edib.

Axşam.az xəbər verir ki, “Oxu” adlı mahnının musiqisi İsmayıl Əsədovun, sözləri Ayşən Məmmədovanındır.

Klipi gürcü rejissoru Zaza Oraşvili ekranlaşdırıb. Ekran işinin çəkilişləri 5 məkanda gerçəkləşdirilib. Klipdə Z.Xanbabayevanı daha da incə göstərmək üçün xüsusi metodlardan istifadə edilib. “Oxu”da Bakı Konqres Mərkəzində çəkilən görüntülər diqqət çəkir. Sənətçi klipboyu yalnız qara və açıq qəhvəyi rəngli libaslardan istifadə edib.

Onun saç düzümünü Rəfiqə Həzrətova, Zahid Bəydərov, Elnur Həsənov, vizajını isə Ruxa və Elnur Həsənov ərsəyə gətirib.

Klipdə və ekran işinin üz qabığında istifadə edilən baş aksessuarı seçimi Beyonsun 2014-cü ildə “Mr. Carter Show” dünya turu konsertləri üçün çəkilən afişasındandır.

Bundan başqa, rejisorun ekran işində dəniz kənarında studiya yaratmaq fikri isə artıq bir neçə klipdə istifadə olunub. Bunlara misal olaraq, Sibel Can “Tamam o zaman”, Ayşe Hatun Önal  “Katakulli”, Gülben Ergen - Mustafa Sandal “Şıkır-şıkır” kliplərini göstərmək olar.

Alışdığımız Zülfiyyə Xanbabayeva tərzində olan klipdə gecə kadrlarında müxtəlif rəng effektlərindən istifadə edilməsi, kadrların ritmə uyğun tez-tez dəyişilməsi izləyicini yormur.

Pərviz HÜSEYN