Axşam.az xəbər verir ki, "Sənli xatirələr" adlanan mahnının musiqisi Vüqar Mirzəyev, sözləri Baba Qədirliyə məxsusdur.
Yeni işindən söz açan N.Qasımova "Bu il yeni il çəkilişlərində iştirak etməyə həvəsim olmadı. Düşündüm ki, özüm klip çəkib, sizə hədiyyə edim. "Sənli xatirələri" sizə hədiyyə edirəm. Ümid edirəm ki, ötən il xoş xatirələrlə yaddaşınıza həkk olunub" deyə bildirib.