Yeni mahnılarını təqdim etdilər - Videolar

Yeni mahnılarını təqdim etdilər - Videolar
8267 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilərimiz Sevgililər günü ərəfəsində yeni mahnılarını təqdim ediblər.

Axşam.az xəbər verir ki, Xalq artisti Faiq Ağayevə sözləri Leyla Əliyeva, musiqisi Nadeer NəğdPula aid olan “Берегите Самых Дорогих...” mahnısını izləyiciləri ilə bölüşüb.

Günay İbrahimlinin yeni mahnısı isə “Yansın” adlanır. Mahnının sözləri Altay Yaşara, musiqisi Pərviz Mahmudova, aranjımanı isə Hakan Erola məxsusdur.

Müğənni Elvin Abdullayevin “Sevgi əsiri”nin bəstəsinə özünə, sözləri Telli Orucqızına məxsusdur. Elvin bildirib ki, sevgidən bəhs edən mahnını Sevgililər gününə həsr edib:

“Uzun müddətdir mahnı üzərində çalışıram. Düşündüm ki, sevgidən bəhs edən mahnını məhz elə özəl gündə təqdim edim. Ümid edirəm ki, Sevgililər günündə sevənlərin dinləyəcəyi bir nəğmə olacaq. Hər kəs təki sevgi əsiri olsun”.

Murad Arif isə müəllifi olduğu “Oğlum” adlı mahnısına Xalq artisləri Nurəddin Mehdixanlı və Həmidə Ömərova ilə birlikdə klip çəkdirib.

Dilarə Kazımova da mahnısını bu gün təqdim edib. “Heç vecimə deyilsən” adlı mahnının müəllifi Nəzrin Vəlizadədir. Klipi isə Nigar Məmmədova ekranlaşdırıb. Müğənni Rəqsanə İsmayılova isə “Həyatıma xoş gəldin” mahnısı üçün həyat yoldaşı ilə kamera qarşısına keçib.