Küsülü məşhurların yer aldığı klip təqdim edildi

Küsülü məşhurların yer aldığı klip təqdim edildi
7897 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqisi Xalq artisti Aygün Səmədzadəyə, sözləri Xəyal Rzaya aid olan “İnan, günəş doğacaq...” adlı mahnının klipi təqdim edilib.

Axşam.az xəbər verir ki, layihədə küsülü məşhurların bir arada olması diqqət çəkib.

İllərdir bir-birini danışdırmayan Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova kamera qarşısına keçiblər. Həmçinin, B.Dadaşova ilə küsülü olan digər sənətçi Günay İbrahimli də klipdə yer alıb.

Ekran işində müğənni Zamiq Hüseynov, Əməkdar artist Lamiyə Kərimova və digər gənc ifaçılar rol alıblar.