Bu da Günayın saatlarla suyun altında çəkdirdiyi klipi

Bu da Günayın saatlarla suyun altında çəkdirdiyi  klipi
1610 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib. 

Axşam.az xəbər verir ki, sözləri Günelə, musiqisi müğənni Elvin Abdullayevə məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb.
 
Bir neçə gündür ki, müzakirə olunan klipin rejissoru Əli Fərhaddır. Çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub.

İbrahimli açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb:

“Çəkilişlər soyuq havada dəniz kənarında baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsi ilə həmin səhnəni çəkdik. Su çox soyuq idi, buna baxmayaraq öhdəsindən gəldim. Düşünürəm ki, işimiz bəyəniləcək”.