Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər

Conni Deppin keçmiş arvadı 3 illik həbs oluna bilər
867 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur aktyor Conni Deppin keçmiş arvadı, aktrisa Ember Herd 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın məhkəməyə yalan ifadə verməsi və buna cəhd etməsidir.

Deppin vəkilləri iddia edir ki, aktrisa 2016-cı ildə həyat yoldaşı tərəfindən döyülməsi haqda məhkəməyə saxta dəlillər təqdim edib.

Əgər Conninin nümayəndələri Emberin özü-özünə sıyrıq və zərbə izlərini vurduğunu sübut edə bilsələr, aktrisa Kaliforniyanın Cinayət Məcəlləsinə uyğun olaraq, saxta ifadələr vermək və faktları saxtalaşdırmağa cəhd maddəsi ilə üç illik həbs cəzası ala bilər.