"Dəvət etmədiklərim toya gəlməsin" - Video

"Dəvət etmədiklərim toya gəlməsin" - Video
19839 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu mayın 13-də oğlu Məhəmmədə kiçik toy edəcək. 

Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan sənətçi dəvət olunmayan şəxslərin məclisə gəlməməsini xahiş edib: 

"Bu günə qədər heç bir musiqiçinin toyu belə olmayıb. Məclisdə dünyanın ən nəhəng klarnet ifaçıları Hüsnü Şənləndirici, Sərkan Çağrı, Bülənt Altınbaş və Vasilis Saleas iştirak edəcək. Üzümü tutub demək istəyirəm ki, dəvət olunmayan insanlar toya gəlməsinlər, yer problemi var. Təbii ki, dostlarımdan başqa. Çünki elə dostum var ki, onu dəvət edə bilmərəm, yadımdan çıxar. Yalnız kişilər iştirak edəcək, 1500 nəfərə yaxın qonağım olacaq. Toya Sibel Canın orkestrının kiçik həyəti gələcək. Yığacağım puldan daha artığını bu məclis üçün xərcləyəcəm".

Qeyd edək ki, klarnet ifaçısı aktrisa Aysel İbrahimova ilə ailəlidir.