Kamran “Yeni sədalar”dan getdi

Kamran “Yeni sədalar”dan getdi
1221 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-də yayımlanan “Yeni sədalar” proqramının aparıcısı Kamran Quliyev verilişdən ayrılıb.

Axşam.az-a açıqlama verən aparıcı bundan sonra yeni layihə ilə efirə çıxacağını deyib:

“Bəziləri elə hesab edirlər ki, verilişdən ayrılma xəbərlərini yalandan gündəmə gətirib, özümü reklam edirəm. Amma həqiqətən “Yeni sədalar”da bundan sonra olmayacam. Daha böyük və maraqlı layihə var. Artıq ilk efirin çəkilişi olub. İlk qonaqlarım xalq artisti Brilliant Dadaşova və əməkdar artist Lalə Məmmədovadır. Montaj işləri tamamlandıqdan sonra yayım günü və saatı dəqiqləşdiriləcək. Novruz ərəfəsində isə daha bir maraqlı proqramım efirə gedəcək. Sayca üçüncü olacaq bu veriliş də bədii-əyləncəli janrdadır”.

Qeyd edək ki, K.Quliyev hazırda eyni kanalda yayımlanan “TV bələdçi” verilişinə aparıcılıq edir.