"Paramparça"nın aktyorundan sevgilisinə sürpriz evlilik təklifi - fotolar

"Paramparça"nın aktyorundan sevgilisinə sürpriz evlilik təklifi - fotolar
3017 dəfə oxunub
  • A-
  • A
  • A+

"Paramparça"nın aktyoru Sarp Akkaya uzun zamandır birlikdə olduğu sevgilisi Sinem Yalçınkayaya sürpriz evlilik təklifi edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor dünən axşam bacısı Kaya Akkaya qardaşının həyat yoldaşı və sevgilisi ilə birgə baxmağa getdiyi basketbol oyununda etdiyi sürpriz evlilik təklifi ilə hər kəsi təəccübləndirib.

O, oyunun canlı hesab lövhəsinə "Sinem, mənimlə evlənərsənmi" yazısını yazdırıb. Onun bu təklifi qarşısında həyəcanlanan sevgilisi "Bəli" cavabını verib.

Xoşbəxt cütlük bu anlarının fotolarını sosial şəbəkə hesablarında paylaşıblar.

Aktyor hisslərini belə ifadə edib:

"Bir "Fenerbahçe" azarkeşi olaraq ilk dəfə basketbol oyununu izləməyə getdim. Yaxşı ki, getmişəm. Çünki biz qazandıq".