Bu gün Bakı metrosu saat neçəyə kimi işləyəcək?

Bu gün Bakı metrosu saat neçəyə kimi işləyəcək?
529 dəfə oxunub
  • A-
  • A
  • A+

IV İslam Oyunlarının bağlanış mərasimi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb.

Axşam.az xəbər verir ki, bunu AzVision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bu gün də Bakı metrosu saat 2-yə kimi işləyəcək:
 
“Açılışda ehtiyac olduğu üçün 02:40-a qədər işlədik. Əgər bu gün də ehtiyac olacaqsa, saat artırıla bilər”.

Qeyd edək ki, bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.