Tanınmış şoumenin xanımı "Rusiya gözəli" seçildi - fotolar

Tanınmış şoumenin xanımı "Rusiya gözəli" seçildi - fotolar
1883 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı şoumen Dmitri Dibrovun 28 yaşlı xanımı Polina Dibrova “Rusiya gözəli -2017” seçilib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, müsabiqədə Moskva şəhərini təmsil edən Polina ölkənin müxtəlif yerlərindən gəlmiş 24 iştirakçı arasından qalib seçilib. İkinci yeri İjevsk, üçüncü yeri isə Samara şəhərlərinin təmsilçisi tutub. 3 uşaq anası olan Dibrova bildirib ki, o, bu titulu qazanmağı çoxdan arzulayırmış:
 
“10 il əvvəl mən artıq bir gözəllik müsabiqəsində iştirak etmişdim. Dmitri ilə də orada tanış olmuşdum. Ancaq uşaqlar doğulandan sonra onlarla məşğul olmağa başladım. İndi isə uşaqlar böyüyüb və mənim belə yarışlarda iştirak etmək üçün boş vaxtım yaranıb. Uşaqlarım da mənimlə fəxr edəcək”.

Polina müsabiqənin prezidenti, “Qadınlar planeti” fondunun rəhbəri Alla Markina tərəfindən mükafatlandırılıb. Dmitri Dibrov mükafatlandırma mərasimində xanımını tək qoymayıb.

Qeyd edək ki, Polina Dmitrinin 4-cü arvadıdır. Onlar münasibətlərini 2009-cu ildə rəsmiləşdiriblər. Cütlüyün Aleksandr, Fyodor və İlya adlı 3 oğlu var.