"Avroviziya"da Fələstinə dəstək qalmaqalı - Video

"Avroviziya"da Fələstinə dəstək qalmaqalı - Video
1149 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün birinci yarımfinalında qonaq qismində səhənədə çıxış edən isveçli müğənni Erik Saadeyə görə qalmaqal yaranıb.

Axşam.az xəbər verir ki, sənətçi səhnəyə biləyində Fələstinin simvolu - arafatka ilə çıxıb. Lakin bu cür hərəkətlər müsabiqə qaydalarına görə qəti şəkildə qadağandır. Belə ki, Fələstin-İsrail münaqişəsi fonunda ölkələrin bayraqları və ya simvollarının başqa iştirakçı və ya qonaq ifaçılar tərəfindən nümayiş edilməsi siyasi jest kimi qiymətləndirilir.

Rəsmi açıqlamada müsabiqə təşkilatçıları Erikin qaydalarla tanış olduğunu, lakin buna əməl etməməsinə münasibət bildiriblər:

"Avroviziya" mahnı müsabiqəsi canlı proqramdır. Bütün müğənnilər müsabiqənin qaydaları ilə tanışdırlar. Təəssüf edirik ki, Erik Saade hadisənin qeyri-siyasi mahiyyətinə laqeyd yanaşmağı seçib".

Erik özü də instaqram hesabında hadisə ilə bağlı açıqlama yayıb. O, arafatkanı uşaq olanda fələstinli atasından aldığını qeyd edib:

"Arafatkanı atamdan almışam ki, haradan gəldiyimi heç vaxt unutmayım. O vaxt bilmirdim ki, bir gün buna siyasi jest deyəcəklər. Məncə, bu, sadəcə olaraq, irqçilikdir. Mən sadəcə inklüziv olmaq və mənə orijinal olan bir şey geyinmək istəyirdim, lakin təşkilatçılar mənim etnik mənsubiyyətimi mübahisəli hesab edir".

Onun çıxışı müsabiqənin rəsmi yutub hesabına yüklənməyib.

Qeyd edək ki, 2011-ci ildə Erik "Popular" mahnısı ilə "Avroviziya"da üçüncü yeri tutub.

Onu da qeyd edək ki, final mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.