Aktrisa Ləman Mərrih ana olub.
Axşam.az xəbər verir ki, rejissor Emil Abdullayevlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib.
Qeyd edək ki, Emil "My name is İntiqam", "25 ilin akkordları", "Axırıncı yol", "Stalinin başı" filmlərinin rejissorudur. Ləman Mərrih isə “Yuğ” teatrının aktrisasıdır. Cütlüyün toyu ötən ilin iyununda olub.