Müğənni Ayan Babakişiyeva istirahətindən yeni görüntülər yayımlayıb.
Axşam.az xəbər verir ki, hazırda Türkiyənin Antalya şəhərində dincələn sənətçi hovuz kənarında çəkdirdiyi fotonu instaqram izləyiciləri ilə bölüşüb.
Çimərlik geyimində obyektiv qarşısına keçən Ayan paylaşımı ilə diqqət çəkib. O, şəklə "Bədbəxt olmaqdansa, azad ol" qısa şərhini yazıb.
