"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"
347 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb.

Axşam.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib.

Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?

Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsuz bacara bilmərəm.

Sual: Vacib bir sövdələşməni ləğv etmək, yoxsa ailəvi naharda iştirak etməmək?

Emin: Həyat yoldaşım inciməsin, amma ailəvi naharı ləğv etmək.

Sual: Biznesin idarəçiliyini bir həftəlik kiməsə təhvil vermək, yoxsa telefonu vermək?

Emin: Nə bu, nə də o. Heç kimə heç nə vermərəm.

Sual: Yaxşı bir iş fürsətini əldən vermək, yoxsa yaxınlarınla gözəl anları qaçırmaq?

Emin: Yaxınlarımla gözəl anları qaçırmaq.

Sual: İstirahətdə telefonla məşğul olmaq, yoxsa evdə tamamilə boş qalmaq?

Emin: İstirahətdə telefonla olmaq.

Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə evlidir. Cütlüyününbu nikahdan 1 övladı var.