"Vampir gündəlikləri" serialı ilə tanınan amerikalı aktyor Pol Uesli model Natali Kukenberqlə evlənib.
Axşam.az xəbər verir ki, model mərasimdən fotoları sosial media hesabında yayımlayıb.
Qeyd edək ki, 43 yaşlı Pol Uesli ilə 26 yaşlı Natali Kukenberq 2022-ci ildən münasibətdədir. Aktyor 2025-ci ildə sevgilisinə evlilik təklifi edib.