"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"

"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"
358 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samirə Əliməryəm oğlunu evləndirmək istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, 27 yaşlı oğlunun hələlik ailə qurmaq barədə düşünmədiyini bildirib:

"İndi nənə olmaq istəyirəm. Cavan nənə olmaq gözəldir. Oğlum evə bir pişik gətirib deyir ki, "Bu da sənə nəvə". İndi oturub pişiyə baxıram. Özü isə başqa düşüncədədir, evlənmək istəmir."