"Ömrüm" deyib, yeni trend yaratmağa hazırlaşır - Video

"Ömrüm" deyib, yeni trend yaratmağa hazırlaşır - Video
241 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəsul Əfəndiyev yeni "Ömrüm" adlı yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə trendə çevrilən "Ömrüm" ifadəsindən ilhamlanan sənətçi ekran işi üçün kamera qarşısına keçib. Klipdə Rəsulun ətrafını çoxsaylı rəqqasələr əhatə edir və dinamik səhnələr ekran işinə fərqli ab-hava qatıb.

"Ömrüm" mahnısının musiqisi Rəsul Əfəndiyev, Cavid Əhmədov və Rəssama, sözləri isə Cavid Əhmədov, Rəssam və Şəhriyar Nağıyevə məxsusdur.

İfaçı klipdə nümayiş etdirdiyi özünəməxsus hərəkətlə də diqqət çəkib. Rəsul həmin jest və mahnının sözləri ilə yeni trend yaratmaq istəyib.

Klipin rejissorluğunu Delee Oruclu edib.

Qeyd edək ki, "Ömrüm" ifadəsi "yeraltı" serialında aktyor Uraz Kayqılaroğlunun dilində trendə çevrilib.