"Qazandığımdan daha çox xərcləyirəm"

"Qazandığımdan daha çox xərcləyirəm"
137 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Alişan ölkədəki iqtisadi vəziyyətdən narazıdır.

Axşam.az xəbər verir ki, ifaçı bildirib ki, hazırda heç bir investisiya edə bilmirlər və qazandıqları pulun böyük hissəsi gündəlik xərclərə sərf olunur:

“Bəlkə də qazandığımızdan daha çoxu əlimizdən çıxır. Uşaqların məktəbi, evin öz xərcləri var. Öz ehtiyaclarımız, geyim və digər gündəlik məsrəflər də əlavə olunanda xərclərin ardı-arası kəsilmir. Hazırda pul sözün əsl mənasında su kimi axıb gedir”.