Sağlam və parlaq saçlara sahib olmaq üçün təkcə düzgün şampun seçmək kifayət etmir. Bərbərlərin sözlərinə görə, bir çox insan fərqində olmadan hər gün saçlarına zərər verən vərdişlərə yol verir.
Axşam.az xəbər verir ki, The Huffington Posta danışan saç ustaları ən çox edilən səhvləri sadalayıblar:
1. Saç kremini diblərə çəkməyin
Saç dərisi təbii yağ ifraz etdiyi üçün krem əsasən saçın uclarına tətbiq olunmalıdır.
2. Saç kremindən imtina etməyin
Şampundan sonra saçın nəmləndirilməsi vacibdir. Hər saç tipinə uyğun saç kremi mövcuddur.
3. Yalnız sulfatsız şampundan istifadə etməyin
Mütəxəssislər bildirirlər ki, sulfatsız şampunlar zərif təmizləsə də, tərkibində sulfat olan məhsullar saç dərisini və saç tellərini daha dərindən təmizləyir.
4. İstidən qoruyucu vasitəni unutmayın
Fen, buruq və ya düzləşdiricidən istifadə etməzdən əvvəl istilikdən qoruyan məhsul tətbiq etmək saçın zədələnməsinin qarşısını alır.
5. Feni əvvəlcə saç diblərinə tutun
Saç qurudularkən əvvəlcə diblər, sonra isə uclar qurudulmalıdır.
6. Keyfiyyətsiz məhsul və cihazlardan uzaq durun
Ucuz saç formalaşdırıcı cihazlar həddindən artıq qızaraq saçın qurumasına və qırılmasına səbəb ola bilər.
7. Düzləşdiricini maksimum temperaturda işlətməyin
Yüksək istilik saç tellərini zəiflədir və onların qırılmasına gətirib çıxarır.
8. Saçı həddindən artıq dartmayın
Saçı bərk yığmaq və ya daim gərgin saxlayan saç düzümləri saç köklərinə zərər verir.
9. Mütəmadi qulluğu laqeyd yanaşmayın
Saçın sağlam qalması üçün vaxtaşırı uclarının kəsilməsi və nəmləndirici qulluq vasitələrindən istifadə edilməsi tövsiyə olunur.