Britaniya şahzadəsi Harri Londona səfəri zamanı Bukinqem sarayında qala bilməyəcək.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsinin nümayəndələri şahzadənin sarayda qalmasına icazə verilmədiyini təsdiqləyiblər.
Məlumata görə, Kral III Çarlzın oğlu əvvəlcə Bukinqem sarayında qalmaq təklifini qəbul etməyib. Daha sonra qərarını dəyişsə də, cavab üçün müəyyən edilmiş müddət başa çatdığına görə saray hazırlıqları dayandırıb və ona yaşayış yeri ayrılmayıb.
Harri bu həftə Londonda bir sıra tədbirlərdə iştirak etmək və "Invictus Games"lə bağlı proqramlara qatılmaq üçün Böyük Britaniyaya gəlib. O, səfərə həyat yoldaşı Meqan Markl və övladları olmadan yollanıb.